Xaçmazda yük maşını piyadanı vurub öldürdü VİDEO

05.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz şəhərinin Bakı prospektində, mərkəzi dairədə qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyadanı yük avtomobili vurub. Nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

 Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. 

 Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью