Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Xaçmaz rayonunda sürücü sükan arxasında ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Xaçmaz-Quba yolunun 1-ci kilometrində baş verib.
Rövkət Qurban oğlu Yunusov idarə etdiyi QAZ-3302 markalı, 40-BH-723 nömrəli yük avtomobil ilə hərəkətdə olarkən infarkt keçirib.
O, sükan arxasında öldüyündən avtomobil bordürə çırpılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli