Xaçmazda Zəfər Günü konsert proqramı və atəşfəşanlıqla QEYD EDİLDİ FOTO/VİDEO

08.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Vətən Müharibəsində 48 şəhid vermiş Xaçmaz rayonunda da Zəfər Günü özünəməxsus coşqu ilə qeyd olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səhər saatlarında Şəhidlər Xiyabanı ziyarət olunub.
Günün ikinci yarısında isə Zəfər parkında möhtəşəm bayram konserti keçirilib. Bayram şənliyində şəhər sakinləri, şəhid ailələrinin nümayəndələri, veteranlar və rayon rəsmiləri iştirak ediblər.
Geniş bayram konserti Xaçmaz şəhərinin səmasını al-əlvan rənglərə boyayan atəşfəşanlıqla başa çatıb.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью