Xaçmazda zəncirvari qəza: Üç maşın toqquşdu VİDEO

02.12.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 1-də saat 21:25 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-FL-425 dövlət nömrə nişanlı “VAZ-2115” markalı, 27-BV-290 dövlət nömrə nişanlı “VAZ-2106” markalı və 77-KH-248 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью