Icma.az, Apa.az saytına istinadən bildirir.
Gəndob-Yalama yolunda, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, 3 minik və 1 yük avtomobili toqquşub. Nəticədə 2 yaşlı uşaq ölüb, 3 nəfər xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.