Xaçmazda zibil maşını yanıb VİDEO

09.03.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Xaçmaz şəhəri ərazisində yük avtomobili yanıb.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Xaçmaz-Niyazoba avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verib.

Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus zibil daşıyan yük avtomobili qəfil alışıb. Nəqliyyat vasitəsinin kabinəsi tamamilə yanıb. Əraziyə Fövq əladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın məhdudlaşdırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

https://t.me/apa_az/95457

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью