Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xaçmazda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən məlumat verilib.
Bildirilib ki, Xaçmaz-Yalama yolunda baş verən qəzada xəsarət alan 3 nəfər (kişi) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
1992-ci il təvəllüdlü şəxs yazılı iltizamnamə əsasında stasionar tibbi xidmətdən imtina edib.
Xəsarət alan digər iki şəxsə isə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".
10:14
Xaçmazda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saat 3 radələrində rayon ərazisində qeydə alınıb. Asim Rüfət oğlu Muradxanovun Yalama-Xudat yolunda avtomobili ağaca çırpılaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər - Şadrik Xanlar oğlu Babaxanov, Rafik Cahangir oğlu Arzumanov və Raik Kamran oğlu Ramazanov xəsarət alıblar.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin