Xaçmazlı məktəb direktorunun bayraq sevgisi Video

09.11.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Xaçmaz rayonunun Cığatay kəndində yerləşən ümumtəhsil məktəbinin direktoru Vəfa Musayeva nümunəvi addımı ilə diqqət çəkib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu il aprelin 5-də şimal bölgəsində yağan güclü yağışlar nəticəsində sözügedən məktəbin həyətini və zirzəmisini palçıq və lil suları basıb.
Səhəri gün məktəbə gələn direktor bayrağı məktəbin həyətindəki lilin içindən tapıb. Vəfa müəllimə lil və palçığa batmış bayrağı atmağa qıymayıb.
Onun parçalarını məktəbin həyətindəki su kranında yuyaraq evə aparıb. Bayrağı qurudub, cırılmış yerlərini isə dərziyə tikdirib. Daha sonra isə direktor bayrağı əvvəlki yerinə asıb.
 

View this post on Instagram

A post shared by Bizim Media (@bizim.mediaaz)

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью