Xaçmazlı şagird buraxılış imtahanında Region 1 cisi oldu

22.04.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024–2025-ci tədris ili üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Ölkə.az xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri arasında ən yüksək nəticəni Xaçmaz rayonu Cəfər Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Əhmədli Jalə Seyhun qızı göstərib.

Jalə Əhmədli imtahanda mümkün 300 baldan 298 bal toplayaraq region üzrə birinci yerin sahibi olub.

Yüksək nəticəsi ilə seçilən Jalə həm də məktəbin və rayonun təhsil uğurlarına mühüm töhfə verib.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью