Xadimə ticarət mərkəzinin 3 cü mərtəbəsindən yıxıldı

16.05.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Şamaxı rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, mayın 15-i saat 18 radələrində Şamaxı şəhər sakini 1993-cü il təvəllüdlü Günel Yəhyayeva “Megacity” ticarət mərkəzinin 3-ü mərtəbəsinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən G.Yəhyayevanın vəziyyəti orta-ağırdır.

Bildirilib ki, G.Yəhyayeva ticarət mərkəzində xadimə kimi çalışıb və təmizlik işləri görərkən pəncərədən yıxılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью