Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI

18.07.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Xadimələrə maşınını yudurdan 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, direktorun işdən azad olunması faktını Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi (MÜTDA) təsdiqləyib.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.

Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью