Xahiş edirəm, diqqətli olun, ruslar bu gecə hücum edə bilər

17.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya qüvvələri Ukraynaya qarşı yeni raket hücumuna hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraciəti zamanı məlumat verib.

“Bu gün gecə və sabah gün ərzində raket təhlükəsi ilə bağlı xəbərdarlıqlara xüsusi diqqət yetirməyinizi xahiş edirəm. Məlumat var ki, rusiyalılar zərbə endirməyə hazırlaşırlar. Özünüzü qoruyun. Rusiyada da bilməlidirlər ki, onların hər bir pis əməlinə bizim ədalətli cavabımız olacaq”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, ötən gün də Zelenski analoji xəbərdarlığı etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью