Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Ciddə şəhərində ABŞ Mərkəzi Komandanlığının rəisi, admiral Bred Kuper ilə regional hadisələri müzakirə edib.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Səudiyyə Krallığının dövlət mediası xəbər yayıb.
Görüş zamanı əsasən, ABŞ-nin Yəməndəki husilərin mövqelərinə hava zərbələri endirməsi barədə danışıldığı güman edilir.
Qeyd edək ki, Məhəmməd bin Salman sentyabrın 11-də ABŞ Prezidenti Donald Trampdan husilərə qarşı hərbi əməliyyatların keçirilməsini xahiş etsə də, təklif qəbul olunmayıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin