“Xain elementlər” qəti şəkildə cəzalandırılacaq Ejei

08.05.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Məhkəmə Sisteminin rəhbəri Qulamhüseyn Möhseni-Ejei casusluq, nüfuz etmə və “ölkəyə xəyanət”də ittiham olunan şəxslərin qətiyyətlə mühakimə ediləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə rəsmi açıqlamada məlumat verilib.

Ejei qeyd edib ki, hazırkı şəraitdə məhkəmə sisteminin strategiyası “aydındır” və “xain elementlərlə” qanun çərçivəsində mübarizə aparılacaq.

Onun sözlərinə görə, “xainlər” dedikdə casuslar, məlumat sızdıran şəxslər və milli birliyi pozmaqda ittiham olunan insanlar nəzərdə tutulur.

İran rəsmisi vurğulayıb ki, məhkəmə sistemi bu kimi işləri İslam qanunları və ədalət prinsipləri çərçivəsində qətiyyətlə araşdıracaq.

Ejei əlavə edib ki, hakimiyyət orqanları “birliyi pozmağa çalışanlara” qarşı da ciddi tədbirlər görəcək.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью