Xakasiyada baş verən partlayışda ölənlər var

23.12.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Rusiyanın Xakasiya Respublikasında keçmiş Abakan Təcrübə-Mexaniki Zavodunun ərazisində baş verən partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Xakasiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Dörd nəfər xəsarət alıb, iki nəfər ölüb. İlkin məlumata görə, partlayışa təhlükəsizlik texnikası qaydalarının pozulması səbəb olub", - mənbə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью