Xakerlər birjadan 1,5 milyard dollar oğurlayıb?

27.02.2025

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Şimali Koreya “Bybit” kriptovalyuta birjasından 1,5 milyard dolların oğurlanmasına görə məsuliyyət daşıyır.
Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) özünün saytında geniş məlumat yerləşdirib.
“Koreya Xalq Demokratik Respublikası... 21 fevral 2025-ci il tarixində “Bybit” kriptovalyuta birjasından təxminən 1,5 milyard ABŞ dolları məbləğində virtual aktivlərin oğurlanmasına görə cavab verməlidir”,- deyə FTB-nin məlumatında qeyd olunur.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью