Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Azərbaycan millisi UEFA Millətlər Liqasında II turda sabah Lixtenşteynlə qarşılaşacaq.
Yığmanın sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında oyundan gözləntilərini bölüşdü:
– Millinin Lixtenşteynlə oyunu ilə bağlı fikirləriniz nədir?
– Bir xalımız var. İlk oyun üçün pis nəticə deyil. Lixtenşteynlə oyun haqqında danışmağa ehtiyac yoxdur. Bu matçda xal itkisi yolverilməzdir.
– Qarşıda Litva ilə ev matçı var. Hansı nəticəyə ümid etmək olar?
– Əsas matç Litvaya qarşı olacaq. İlk oyunda onların zəif və güclü tərəflərini gördük. Bakıdakı matçda yaxşı nəticə qazanmaq mütləqdir. Bu, qrup liderliyi baxımından vacibdir. Düşünürəm ki, ardıcıl iki oyundan sonra 80-90 faiz ilk sıranı qoruya bilərik.
– Yığma son bir həftədə iki oyun keçirib. Tacikistan və Litva ilə matçlarda millidə hansı fərqlilikləri müşahidə etdiniz?
– Oyundan-oyuna irəliləyiş var. Elə bu iki matça baxsaq, fərqi görərik. Təcrübəsi az olan oyunçularımız da var, bunları nəzərə almalıyıq. Ümumi baxanda, müsbətə doğru dəyişikliklər var.
Azərbaycan yığması sabah Lixtenşteynlə, oktyabrın 4-də isə Litva ilə üz-üzə gələcək.
Şahin Cəfərov