Xal yox, təcrübə var “Arzuların teatrı”nda bir gecə

11.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyununda “Mançester Yunayted”ə məğlub oldu. “Old Trafford”da baş tutan matç “qırmızı şeytanlar”ın 4:0 hesablı qələbəsiylə başa çatdı.

Nəticə gözlənilən idi. 9 il öncə yaranmasına baxmayaraq, tarixi uğura imza ataraq, ÇL-ə vəsiqə qazanan “bayquşlar”ın İngiltərədən xalla dönməsi real görünmürdü.

Böyükhesablı məğlubiyyəti düşünənlər də az deyildi. Rəqibin heyəti, turnirdəki təcrübəsi onları aşkar favorit edirdi. Buna baxmayaraq, “Sabah” matça pis başlamadı. İlk dəqiqələrdə topla yaxşı rəftar edən, orta xətdə oyunu nizamlayan təmsilçimiz oldu. Təsadüfi deyildi ki, 20 dəqiqə ərzində iki dəfə rəqib cərimə meydançasına qədər də irəliləyə bildi. Lakin bir nöqtədən sonra artıq təcrübə önə çıxdı və “Mançester Yunayted” ardıcıl qollar vuraraq, ilk hissəni 3:0 öndə bitirdi.

Valdas Dambrauskas mövsümün standart “11-liy”ini meydana buraxmışdı. Yeganə itki müdafiədə Stiv Solvetin yoxluğu idi. Oyunöncəsi zədələnən Stivi afrikalı Endi Makkarti layiqincə əvəz edə bildi. İlk hissədə bəzi məqamlarda kritik müdaxilələrlə starta layiq olduğunu göstərdi.

Fasilədən sonra hesabda geridə olmasına baxmayaraq, ruhdan düşməyən “Sabah” qol vəziyyətləri də yarada bildi. Lakin həyəcan və təcrübəsizliyin ön plana çıxması “Bayquşlar”ın oyunu qolsuz başa vurmasına səbəb oldu.

Dambrauskas ikinci hissəyə irəlidə Patrik Mbina ilə başladı. Mikels cinahlarda da oynamağı bacarır, Patrik isə mərkəzdə faydalıdır. Mütəxəssis bu addımı ilə rəqib müdafiəsini təzyiq altında saxlamağı bacardı. Mbina sürət və dəqiqlik baxımından axsasa da, onun rəqiblər arasındakı hərəkətliliyi effekt verə bilirdi.

İkinci hissə ümumilikdə, balanslı keçdi. “Sabah” daha diri oynadı. Hesabın verdiyi rahatlıq “qırmızı şeytanlar”ı geri çəkmişdi. “Bayquşlar” “Old Trafford”da çəkinmədən çəkinmədən mübarizə apardı. Yaradılan epizodlar və nümayiş etdirilən oyun komandaya növbəti matçlarda əlavə inam verəcək.

Gözlənilən məğlubiyyətdən yalnız dərs çıxarmaq lazımdır. “Mançester Yunayted” Premyer Liqada hər həftə belə sürətdə futbol oynayırsa, “Sabah” üçün bu, nadir hallarda yaşanan təcrübədir. Hər bir halda, belə rəqibə tab gətirmək asan iş deyil. Təmsilçimiz sərgilədiyi oyunla ingilislərin də rəğbətini qazandı. “Manukinyanlar”ın baş məşqçisi Mayl Karrik də oyunsonrası konfransda “futuristlər”dən ağızdolusu danışdı.

“Sabah” üçün bura gəlmək bir uğurdur. Qarşıda 7 oyun qalıb və bu matçlarda nəticədən çox qazanılacaq təcrübə önəmlidir. Hər görüş “bayquşlar”ın inkişafı üçün bir fürsətdir.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью