Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Xalaqızı, bibiqızı, əmiqızı, dayıqızı bunlar İslamda naməhrəm sayılır.
Bu Qurani-Kərimin Nisa surəsində Allah-təala tərəfindən göndərildiyi bir təlimatdır, qanundur ki, insan kiminlə ailə qura bilərsə, həmin şəxs ona naməhrəm sayılır.
Yəni, arada kəbin, nikah olmadan toxunmaq, təmas olmaz. İslam qanunlarına əsasən."O mənim bacımdır", "Bu mənim qardaşımdır" demək kifayət et
Danışıqda sərhədləri aşmaq olmaz və bu kimi digər qanunlar bura aiddir". Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.
Mircəfər Əyyubov sözlərinə belə davam edib: "Örtüklü olmaq vacibdir, qardaşın, atanın yanında gəzdiyi kimi dayıoğlunun, bibioğlunun, əmioğlunun, xalaoğlunun yanında gəzmək olmaz.
Çünki islama görə şeytan istənilən halda vəsvəsə edir, insanı günaha təhrik edir, hətta Qurani-Kərimdə Allah-təala buyurur ki, Allah-təala həm gözlərinizin xəyanətindən xəbərdardır, (bilir gözləriniz necə xəyanət edir, bilir gözucu necə naməhrəmə baxırsınız, bilir gözucu necə şorgözlük edirsiniz və qəlblərinizdə olan niyyətlərinizdən də xəbərdardır).
Yəni ola bilər, bir xalaoğlu ilə xalaqızı zahirən desin ki biz bacı-qardaşıq, amma şeytan onun qəlbində vəsvəsə etsin və o bacı-qardaş niyyəti ilə deyil, başqa niyyətlə təmas qursun, söz danışsın, söz atsın və s.
Hətta bunlar olmasa da belə bilirsiniz ki, qanun qanundur. Bunun misalını biz başqa sahələrdə görə bilərik.