Xalası tərəfindən zorakılığa məruz qalan uşağın VƏZİYYƏTİ AÇIQLANDI

02.09.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Bakıda xalası tərəfindən zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, sentyabrın 1-i saat 11:00-da çoxsaylı xəsarətlər səbəbi ilə 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına hospitalizasiya olunub:

"Pasiyentin bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri (çapıq və şırımlar), saçlı dəridən alın-təpə nahiyəsinə qədər saçsız hissə və çapıq toxuması, sol kürək nahiyəsində ödəm, sol əl pəncəsində ödəm müşahidə olunub.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью