Icma.az, Turkstan.az saytına istinadən bildirir. Təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi.
Çünki Rusiya Federasiyası "Kovyor" planının həyata keçirilməsinə başlamışdı.
Bunu Federal Hava Nəqliyyatı Agentliyinin ("Rosaviasiya") rəhbəri Dmitri Yadrov bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz uçan aparatları həmin vaxt Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura hücumlar təşkil edirdi.
Bununla əlaqədar olaraq, Qroznı hava limanı ərazisində "Kovyor" (“Xalça”) planı tətbiq edilib.
Yenisabah.az çoxları üçün müəmmalı olan “Kovyor” planı ilə bağlı maraqlı nüansları təqdim edir: “Rusiya Federasiyasının hava məkanından istifadə üzrə federal qaydaların təsdiq edilməsi haqqında” hökumət fərmanına əsasən, havada fövqəladə, müstəsna hallarda “Kovyor” planının (siqnalının) tətbiqini nəzərdə tutur.
Ümumi aviasiya mühitində “Kovyor” planı qapalı səma rejimi adlanır.
Bu, havadakı bütün (bəzi istisnalarla) təyyarələrin belə bir rejimin əhatə dairəsindən dərhal enməsi və ya çıxması tələbi deməkdir.