“Xalça Plus” vətəndaşın xalçalarını oğurlayıb?

25.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkədə xalçayuma şirkətlərindən birinin xidmətindən narazılıq paylaşımı edilib.

“Yeni Sabah” xəbər verir ki, Pərvin Məmmədzadə adlı istifadəçi "Xalça Plus"la probleminə dair qeydini bölüşüb:

"Xalça Plus" adlı xalçayuma şirkətinə təxminən 500 manat dəyərində xalça vermişik. Artıq 1 aydan çoxdur ki, xalçalarımızı geri ala bilmirik. İlk 2-3 həftə zənglərimizə cavab verib, hər dəfə "bu gün, sabah gətirəcəyik" deyə söz verirdilər. Lakin artıq 1 həftədir ki, heç bir nömrələrinə zəng çatmır. Anam şirkəti "Instagram" vasitəsilə tapıb və etibar edərək xalçaları təhvil verib. Üstəlik, xidmət haqqını da əvvəlcədən ödəyib". pizza sifarişi

Müştəri üzləşdiyi çətinliklə bağlı hüquqlarını necə bərpa edəcəyi və əmlakını necə geri qaytaracağı ilə bağlı digər istifadəçilərdən məsləhət istəyib.

Hüquqşünaslar bu kimi hallarda vətəndaşlara istehlakçı hüquqlarının pozulması və müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına (Antiinhisar və İstehlak Bazardına Nəzarət Dövlət Xidməti), eləcə də dələduzluq əməlinin əlamətləri olduqda hüquq-muhafizə orqanlarına müraciət etməyi tövsiyə edirlər.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью