Xalçanın altına niyə duz səpmək lazımdır?

15.05.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Evdə zamanla yaranan rütubət və pis qoxu xüsusilə uzun müddət istifadə olunmayan xalçalarda daha çox problem yaradır. Son vaxtlar gündəmə gələn xalçanın altına az miqdarda duz səpmək üsulu diqqət çəkir.
Belə ki, duz havadakı artıq rütubəti çəkə bilir. Bu xüsusiyyət sayəsində xalçanın altında toplanan nəmlik azalır və otaqda yaranan ağır qoxu zəifləyir.
Eyni zamanda bu üsul bəzi hallarda xalçanın sürüşməsini də azaldır. Xüsusilə parket və sürüşkən döşəmələrdə bu təsir daha çox hiss olunur.
Sosial şəbəkələrdə də yayılan bu metod ucuz və asan olduğu üçün bir çox insan tərəfindən sınaqdan keçirilir.
Lakin xəbərdarlıq edilir ki, duz çox istifadə edilməməlidir. Çox miqdarda duz döşəməyə və xalçanın alt hissəsinə zərər verə bilər. Buna görə yalnız nazik bir qat şəklində tətbiq olunması və mütəmadi təmizlik aparılması tövsiyə edilir.
Aytən
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью