Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aktrisa Zendaya ulduzların qarderobu ilə bağlı stereotiplərə meydan oxuyub.
OLAY yazır ki, aktrisa dəbdəbəli geyimi əvəzinə "Spider-Man: Brand New Day" filminin Parisdə keçirilən tədbirinə Hörümçək Adam təsvirli sadə oversayz futbolkada qatılıb.
Məlumata görə, onun stilisti Lou Roaç bu futbolkanı "eBay" platformasında cəmi 34,99 dollara tapıb. Görünüşünü isə "Christian Louboutin" markasının zərif ağ hündürdaban ayaqqabıları tamamlayaraq ona eleqantlıq qatıb.
“Stil həmişə böyük sərvət bahasına başa gəlməməlidir” deyə Lou Roaç bildirib.