Xalq artisti: 5 aydır ki, televizora baxmıram KONKRET

02.12.2024

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Depressiyaya meyilli insanam”.

KONKRET.az olay-a istinadla xəbər verir ki, bunu Xalq artisti Naibə Allahverdiyeva deyib.

O əlavə edib: Hər şey mənə pis təsir edir. Depressiyaya düşürəm. Bu hal məndə artıq neçə illərdir ki, davam edir. Bir az əsəbiləşəndə, fikir edəndə depressiyaya düşürəm.

“TikTok”da tez-tez canlı açıram. Amma orada çox oturmuram, çünki buna səbrim çatmır. Tamaşaçılar mənə çox gözəl sözlər yazırlar, o şərhləri oxuyuram, əhvalım daha da yaxşılaşır.

5 aydır ki, televizora baxmıram. Televiziyaya nəyə baxım, orada baxılmalı nə var ki?! Maraqlı bir şey yoxdur. Açanda da verilişlərin əksəriyyətində dava, savaş, təhqir, bir-birilərinin söyməsini görürsən. Aparıcılar qonaqlarını danışdırır, ortaya qırığın salırlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью