Xalq artisti: “56 kiloqram olmuşam, buna öyrəşin

28.01.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın ad günü tədbirində jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az xəbər verir ki, müğənni son dövrlər çəkisində dəyişiklik olduğunu açıqlayıb. Röya hazırda 56 kiloqram olduğunu deyərək, bu barədə səmimi etiraflar edib.

Sənətçi bildirib ki, əvvəl 50 kiloqram çəkisi olub və sonradan 6 kiloqram kökəlib:

"56 kiloqram olmuşam, buna öyrəşin. Hündürdaban ayaqqabılarda uzun müddət qala bilmirəm. Əl saxlamıram, yeyib-içirəm. Öz-özümə deyirəm ki, yaya yaxın arıqlayaram. Amma ətrafımdakıların çoxu da 'arıqlama' deyir. Bu ətə-qana gəlmək mənə baha başa gəldi, çünki bütün qarderobumu yeniləməli oldum".

Röyanın bu açıqlamaları sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Hüseyn
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью