Icma.az, Olke.az portalına istinadən məlumat yayır. Xalq artisti Qurban İsmayılov illər əvvəl sipirtli içkini tərgitməsindən danışıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə aktyor jurnalist Pərviz Hüseynin "Pərvizə görə" layihəsində açıqlama verib.
O bildirib ki, içkiyə 1996-cı ildə tövbə edib: "O da bir doğuluş idi. Tövbə etdim, mən həddindən artıq çox içirdim.
İstəmirəm, bəhanə gətirim ki, 1990-cı illər idi və sairə. Mən 1985-ci ildə universiteti bitirdim, iş tapa bilmirdim.
Rektorumuz Aslan müəllim demişdi ki, Tədris Teatrında qalarsan, burada işləyərsən. Onda evli idim, oğlum var idi.
Ona görə mənə azad təyinat verdilər, dedilər ki, səni işə götürəcəklər.
Lakin işə götürmədilər, bir il Tədris Teatrına getdim, heç bir maaş almadan. Düzdür, qayınata-qayınana, ata-ana kömək edirdi.
Həyat yoldaşım məktəbdə dərs deyirdi. Dolanışıq var idi, insanlar bir-birinə qarşı isti münasibətdə idilər, köməkləşirdilər, darda qoymurdul