Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hər il 2 avqust Azərbaycanda Kino Günü kimi qeyd olunur.
Bu tarix ölkəmizdə kino sənətinin yaranması və inkişaf yolu baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün 1898-ci ildə milli kino kadrlarının lentə alınması tarixinə əsaslanır və 2000-ci ildən rəsmi olaraq təsis edilib.
Azərbaycan kinosunun inkişafına mane olan əsas problemlər hansılardır və bu sahənin inkişafı üçün hansı addımlar atılmalıdır? Xalq artisti Xalidə Quliyeva
“Cebheinfo.az”a bildirib ki, Azərbaycan kinosunda bu gün ən çatışmayan amil peşəkarlıqdır:
“Peşəkarlıq olsa, hər şey düzələcək. “Kino sənayesində vəziyyət necədir?” suala tam səmimi cavab verirəm. Bu gün yaxşı ki, kinoya yetərincə diqqət ayrılır. Götürək Azərbaycan Mədəniyyət Nazirliyinin münasibətini, nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqı. Bu üç təşkilat Azərbaycan Kinosunun inkişafı üçün əlindən gələni edir. Hər şey edir ki, kino inkişaf etsin və kinoya olan bəzi neqativ münasibətlər kardinal şəkildə dəyişsin”.
Xalidə Quliyeva qeyd edib ki, bu, yaxşı tendensiyadır:
“Ümid edirəm ki, Azərbaycan milli kinosunun sabahı yaxşı olacaq”.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin