Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Televiziyaları başa düşürəm.
Çünki əsas maliyə gəlirləri reklamlardır. Reklam verən də baxır ki, hansı televeziyanın auditoriyası çoxdur.
Ona görə də tamaşaçı üstündə telekanallar arasında rəqabət gedir. Televiziya da cəmiyyətə ondan tələb ediləni təqdim edir”.
Yrnicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Siyavuş Kərimi APA TV-yə müsahibəsində deyib.
O, televiziya və sosial şəbəkələrdəki mövcud durumu senzuranın olmaması ilə əlaqələndirib: “Televiyizanın funksiyalarından biri maarifləndirmək, cəmiyyəti öz arxasınca aparmaqdır.
Amma indi əksinədir, televiziyalar cəmiyyətin arxasınca gedir. Bu səbəbdən televiziya cəmiyyətin tələb etdiyi musiqiləri efirdə təqdim edir.
Ümumiyyətlə mədəni proqramların cəmiyyətə təsiri məsələləri həll olunmaldır. Bu barədə parlamentdə məsələ qaldırılmalıdır.
Əsas məsələ ictimaiyyətin mədəni səviyyəsinin yüksəldilməsi olmalıdır.