Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
Yalnız “Moşu” obrazı ilə məşhurlaşan xalq artisti Valeh Kərimov gənc aktyorlara öz təklif və iradlarını bildirib.
Adalet.az xəbər verir ki, aktyor gənc həmkarlarını məsuliyyətli olmağa çağırıb:
“Gənc aktyorlar bir az məsuliyyətli olsunlar, öyrənməyə həvəsləri olsun. Biz gənc olanda rejissor məşqindən sonra teatrda qalıb, tamaşanın xoşumuza gəlməyən hissələrini təzədən məşq edirdik. Zəif oynadığımız yerləri təkrar- təkrar məşq edirdik. İndiki gənclərdə bunu görmürəm.
Boş vaxtlarını çayxanada, bufetdə keçirməkdənsə, çoxlu məşq etsinlə, bilmədiklərin öyrənsinlər.
Təəssüf ki, bunu bir çox gənc aktyorlarımızda görmürəm”.
Əntiqə