Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Hansı qadın xanəndə kişi xanəndələri təkrarlayıb ki? Qadın xanəndələrin özünün yolu və çığırı var".
Demokrat.az bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, xanəndə Aygün Bayramova kişi xanəndələrin üslublarının qadınlar tərəfindən təkrarlanmasından danışarkən deyib.
İki sənətkardan dərs alan xanəndə öz yolu ilə getdiyini vurğulayıb:
"Biz kollecdə, konservatoriyada təhsil almışıq, müəllimlərimiz olub. Mənim iki müəllimim olub, biri Şövkət Ələkbərova, digəri Arif Babayev, hər ikisinə Allah rəhmət eləsin. Tələbəlik illərində kişi müəllimdən dərs alırsansa, onun kimi oxuya bilərsən. Bu qəbahət deyil. Biz tələbə olanda müəllimimizin yolu ilə getmişik, onun zəngulələrini xırdalıqlarını etmişik".
Aygün Bayramova hesab edir ki, müəyyən zamandan sonra istəlinən xanəndə özünə bir yol açır və özü olur:
"Əgər xanəndə formalaşmırsa, özünə bir cığır açmırsa, bu onun öz işidir. Amma yaradıcıdırsa, mütləq özünə yol tapacaq".
Qeyd edək ki, tanınmış tar ifaçısı Əliağa Sədiyev kişi və qadın xanəndələrin ifa tərzi arasındakı fərqlərdən danışıb. O bildirib ki, kişi xanəndələrin yaratdığı bəzi üslubların qadınlar tərəfindən təqlid edilməsi hər zaman uğurlu nəticə vermir:
"Kişi musiqidə emosiyalarını müəyyən jestlərlə ifadə edir, qadının da özünəməxsus təqdimat tərzi var. Qadın kişi üslubunu təkrarlayanda buna yaxşı baxmırlar, deyirlər ki, sənə yaraşmır", deyə ifaçı bildirib.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, xanəndə Aygün Bayramova kişi xanəndələrin üslublarının qadınlar tərəfindən təkrarlanmasından danışarkən deyib.