Xalq artisti çimərlikdən görüntülərini yaydı (Video)

03.09.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Brilliant Dadaşova sosial media paylaşımı ilə diqqət çəkib.

Sənətçi çimərlikdə istirahət zamanı çəkdirdiyi görüntüləri izləyicilərinin ixtiyarına verib. O, dənizdə üzdüyü anları əks etdirən videonu instaqram hesabında paylaşıb.

Brilliant Dadaşova paylaşımına dənizdə üzməyin sağlamlıq üçün əhəmiyyətindən bəhs edən sözlər də əlavə edib.

"Mütləq dənizdə üzün. Bu, can sağlığının ən vacib hissəsidir. Hamıya can sağlığı diləyimlə", - deyə Xalq artisti qeyd edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью