Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Xalq artisti Röya Ayxan qatıldığı toy mərasimində gecənin ən çox diqqət çəkən simasına çevrilib.
Milli.Az xəbər verir ki, pop ulduzu toyda seçdiyi sinə dekolteli səhnə geyimi və enerjili çıxışı ilə qonaqların marağını üzərinə çəkib.
Röyanın səhnədəki performansından çəkilən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. Videolar müxtəlif reaksiyalar doğuraraq geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun səhnə enerjisini və özgüvənini yüksək qiymətləndirib, digərləri isə geyim seçimi ətrafında fikir mübadiləsi aparıblar.
Hər zamankı kimi Röya Ayxan bu çıxışı ilə də şou-biznes gündəmində yer almağı bacarıb.
Musa
Milli.Az