Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25.11.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Mehriban Zəki dələduzluqla üzləşib.
Bizim.Media xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
 

Aktrisa bildirib ki, ona tanımadığı nömrələrdən zənglər gəlib və həmin şəxslər özlərini bank əməkdaşı kimi təqdim ediblər.


Sözügedən nömrələri paylaşan sənətçi izləyicilərinə çağırış edərək aldanmamalarını söyləyib:
“Dərhal bankla əlaqə saxladım, bildirdilər ki, bu nömrələr onlara məxsus deyil. Səs robota bənzəyirdi, özünü gah Natiq Quliyev gah da Hüseynov kimi təqdim etdi. Sanki yanından kimsə müdaxilə edirdi. Sonra telefonu rəhbərliyə verəndə səs dəyişmədi, eyni qaldı. Təbii ki, heç bir bank məlumatımı vermədim. Bu zənglərə qarşı diqqətli olun”.


Sara, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью