Xalq artisti efirlərə nə vaxt çıxacağından danışıb

29.04.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Xalq artisti Röya Ayxan “Maqazin plyus” verilişinə maraqlı müsahibə verib.
Missiya.Az
xəbər verir ki, o, planlarından danışıb:

“Bilirsiniz ki, hazırda mən “Səs Azərbaycan” yarışmasının münsif üzvlərindən biriyəm. Gözləyirəm ki, oradakı komandama səsi güclü olan ifaçılar toplaşsın və sonra hamısı ilə birgə efirlərə qonaq gedəcəyəm. Qarşıda çox yaxşı işlər olacaq. Bu il mənim sənət və yaradıcılığımın 25 ili tamam olur. 25 ildir ki, həyatınıza girmişəm. Bu münasibətlə 25 illik solo konsertimə hazırlaşıram. Səhər yuxudan durub efirə getmək məni yorar. Konsertimdə qapalı, uzun libas geyinəcəyəm və səhnəyə çıxıb tamaşaçılar üçün oxuyacağam”, - Röya Ayxan əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью