Xalq artisti əməliyyat OLUNDU SON DURUMU

02.05.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti, tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudov əməliyyat olunub.

Bunu Yenicag.az-a açıqlamasında aktyorun özü deyib. O, ikinci əməliyyata hazırlaşdığını bildirib:

“Birinci əməliyyatım yoğun bağırsaqdan oldu. Əslində, eyni vaxtda mədədən də əməliyyat olunmalıydım. Həkimlər qəti etiraz etdilər ki, birinci əməliyyatdan sonra ən azı 20-30 gün vaxt keçməlidir. Çünki yaş da sözünü deyir, narkoz altında qalmaq təhlükəli ola bilər. İndi özümə gəlməyimi gözləyirlər. Orqanizmim bərpa olunan kimi əməliyyat olunacağam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью