Xalq artisti evə buraxıldı

17.09.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Şükufə Yusupova evə buraxılıb. 

Axşam.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, aktrisanın müalicəsi evdə davam etdiriləcək:

“Avqustun 25-də Yeni Klinikaya hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxsə (qadın) zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb. Pasiyent 16 sentyabrda ambulator müalicə üçün evə buraxılıb”. 

Qeyd edək ki, avqustun 22-si 72 yaşlı aktrisa yolu keçərkən avtomobillə vurulub. Dərhal hospitalizasiya edilən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin olunmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью