Xalq artisti Füzuli Hüseynov TAİB ə üzv oldu

08.04.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in mərkəzi ofisində təşkilatın növbəti  tədbiri keçirilib.
Belə ki, bir müddət əvvəl  TAİB-ə üzv olmaq üçün müraciət edənlərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirdə TAİB-in  sədr müavini Eyvaz Hünbətov çıxış edərək təşkilatın fəaliyyətindən və ağsaqqalların cəmiyyətdə baş verən proseslərdə yaxından iştirakından, gənclərin vətənpərvərlik ruhunda yetişməsi üçün gördüyü işlərdən söhbət açıb.TAİB sədri bildirib ki, bu gün tanınmış ziyalıları, məşhur insanları ətrafına toplayan təşkilat üçün bu hal qürurvericidir. Bu gün  həm ölkənin, həm də türk dövlətlərinin ziyalı təbəqəsi TAİB-in fəaliyyətinə böyük maraq göstərir və üzvlüyə qəbul olunmaq üçün müraciət edirlər.
Tədbirdə daha sonra Azərbaycanın Xalq artisti, görkəmli teatr xadimi Füzuli Hüseynova təşkilatın  üzvlük vəsiqəsi təqdim olunub. Eyni zamanda,  Azərbaycanın  görkəmli sənətkarı Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələrinə də TAİB-in Gənclər Təşkilatının üzvlük vəsiqələri verilib.

Xalq artisti Füzuli Hüseynov təşkilatın üzvü olmasından məmnunluğunu ifadə edərək, öz növbəsində TAİB-in fəaliyyətinə töhfələr verəcəyindən əminliyini dilə gətirib.
Çıxış edən TAİB Mədəniyyət Komitəsinin rəhbəri,  görkəmli sənətkar Aybəniz Haşımova  təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini deyib və icra olunacaq xüsusi əhəmiyyətə malik layihələrdə daima yaxından iştirak edəcəyini, xüsusi töhfələr verəcəyini söyləyib.

TAİB-in yeni üzvləri öz növbələrində qeyd ediblər ki, TAİB-in vəsiqəsini daşımaq onlar üçün şərəflidir.
TAİB sədri Eyvaz Hünbətov sonda yeni üzvülərə  gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Nurlana Əhmədova
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью