Xalq artisti Gülyaz Məmmədova qız qaçırmalarından danışdı

23.12.2024

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qardaşımın oğlu bir dəfə ailə qurub, ayrılıb. Bizim bir tələbəmizi görüb bəyənmişdi. Qızın da taleyi gətirməmişdi, bir dəfə evlənib ayrılmışdı. Elçi getdik vermədilər. Dedilər, o bir dəfə evlənib, daha evlənməsin. Biz də məcbur olub, qızı qaçırtdıq, indi çox xoşbəxtdirlər”.

Lent.az xəbər verir ki, bu fikirləri APA TV-nin “Sözüm var” proqramında Xalq artisti Gülyaz Məmmədova səsləndirib.

“Boşanmaların da səbəbi olur. Hər boşanan qadın haqqında bədgüman olmaq olmaz. Hərdən mənə yazırlar ki, sən özün də boşanmısan. Axı boşanmaların da səbəbi var. Hamını  tərəzinin eyni gözünə oymaq olmaz. Hər insanın xoşbəxt olmaq haqqı var. Qadın ayrılıb deyə “onunla evlənmək olma” düzgün düşüncə tərzi deyil”,- deyə müğənni vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью