Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir. Bu gün Xalq artisti, görkəmli aktyor Hacı İsmayılovun doğum günüdür.
Onun 82 yaşı tamam olur. İsmayılov Hacı Məcid oğlu 1944-cü il yanvarın 22-də Bakıda doğulub. O 190 nömrəli orta məktəbdə təhsil alıb.
1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub.
Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M.
F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C.
Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.
Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib.
1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.