Xalq artisti: “Hələ də övladlarım işsizdir”

08.06.2026

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir müddət əvvəl xalq artisti Valeh Kərimov övladlarının işsizliyi ilə bağlı efirlərin birində danışmışdı.

Məsələ ilə bağlı Adalet.az-a açıqlama verən xalq artisti vəziyyətin dəyişməz olaraq qaldığını qeyd edib:

“Mən efirdə  aktyor kimi yox, xalq artisti kimi, məhz ata kimi övladlarımın işsizliyindən danışdım. Bu çağrışım bir ata qayğısı idi. Ancaq heç bir xəbər çıxmadı. Hələ də övladlarım işsizdir. Ancaq yenə də ümidlə gözləyirəm. İnanıram ki, mədəniyyətə xidmət etmiş adam kimi  fikrim nəzərə alınacaq”.

Əntiqə Kərimzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью