Xalq artisti: “Hər uşaq kəsdiyi çörəyə bənzəyir”

26.11.2026

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Xalq artisti Nurəddin Mehdixanlı valideynlərə səslənib.

Adalet.az bildirir ki, aktyor  daha çox gənc ailələrin bu məqama diqqət etməli olduğunu söyləyib:

“Uşaq evin aynasıdır.  Həmişə deyirəm, əziz valideynlər, uşaqlarınızla məşğul olun.  O demək deyil ki, onları çətin bir rejimdə böyüdün. Azadlığın əldən alınmasının əleyhinəyəm. Məşğul olmaq onlara nəsə  söyləmək deyil. İnsan özünü tərbiyə etdikcə, uşaq da ondan nəsə öyrənir. Həmişə deyirəm ki, hər uşaq kəsdiyi çörəyə bənzəyir. Hər kəs öz evindən gördüyün götürür. Ona görə də uşağa baxıb evin vəziyyətin təyin etmək olur.
Gənc ailələr üçün bələ nəsihətlər mütləqdir. Düşünürəm ki, gənc valideynlər bu məqamlara daha çox diqqət edərlər.Əlbəttə, insan yetişdirmək çətin məsələdir”.

Əntiqə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью