Xalq artisti ilə vida mərasimi keçirilir

19.11.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq artisti, rəqqasə Roza Cəlilova ilə Təzəpir məscidində vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq artisti “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 96 yaşlı Roza Cəlilova bu gün yaşadığı mənzildə vəfat edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью