Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Yusif Eyvazov Budapeştdə səhnəyə çıxdı
Xalq artisti Yusif Eyvazov Macarıstanda çıxış edib.
Axşam.az xəbər verir ki, opera ifaçısı Budapeştdə yerləşən Marqit adasındakı açıq səma altında fəaliyyət göstərən teatrın səhnəsində ilk dəfə Cüzeppe Verdinin "Trubadur" operasında Manriko partiyasını ifa edib.
İfaçı təəssüratlarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək təşkilatçılara və tamaşaçılara təşəkkür edib.
"Marqit adasındakı teatrın səhnəsinə ilk dəfə çıxaraq açıq səma altında "Trubadur" operasında Manriko partiyasını ifa etmək mənim üçün böyük xoşbəxtlik idi. Möhtəşəm həmkarlarımla eyni səhnəni bölüşməkdən qürur duydum. Maestro Peter Halaşa, Macarıstan Milli Filarmoniya Orkestri və Xoruna, teatrın kollektivinə göstərdikləri qayğı və səmimi qəbula görə ürəkdən təşəkkür edirəm. Əlbəttə, Budapeşt tamaşaçılarına da minnətdaram. Sizin enerjiniz və istiliyiniz bu axşamı mənim üçün unudulmaz etdi" deyə, Y.Eyvazov paylaşımında yazıb.