Xalq artisti: İnsan mənəvi, əxlaqi dünyasını sənətəqurban verə bilməz

12.12.2024

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Xalq artisti Nurəddin Mehdixanlı açıqlaması ilə diqqət çəkib.

Kulis.az xəbər verir ki, "Həmin Zaur" verilişində qonaq olan aktyor "Həyatımı sənətə qurban verdim" deyənlərin yalan danışdığını bildirib:

"Kim deyirsə ki, həyatımı sənətə qurban verdim, yalan danışır. O sözləri etdiyi günahlara bəraət qazandırmaq üçün deyir. İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz. Əgər sənətə qurban verirsə, deməli, onun heç sənəti də yoxdur. Ola bilməz! Müəllimim, SSRİ Xalq artisti Adil İskəndərov deyirdi ki, böyük sənəti, böyük əxlaq və mənəviyyat sahibləri, şəxsiyyətlər yarada bilər".

Orxan Həsəninin romanının təqdimat mərasimi keçiriləcək 3 həftə əvvəl pilləkəndən yıxılan rejissor vəfat etdi Coşqun Rəhimovdan Tahir İmanova cavab
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью