Xalq artisti: “Kənddən güclə Bakıya qaçıb gəlmişəm, qayıtmaram”

13.02.2025

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Xalq artisti Gülyaz Məmmədova açıqlaması ilə gündəmə gəlib.

Müğənni “El canlı” verilişində “Nə zamansa hər şeyi atıb kəndinə qayıtmağı düşünürsünüz” sualına belə cavab verib:

“Güclə Bakıya gəlib çıxmışam. Tütünün, baramanın içindən qaçıb gəlmişəm. Kəndimin camaatı, bağışlayın. Gələ bilmərəm. Amma kəndimiz və o günlər üçün darıxıram. İnsan uşaqlığını çox axtarır. Olmasın, kolxoz dövrü idi, getdi. O vaxt tütün yığmağa gedəndə hamı tütün yığırdı, mən isə əlimi qulağıma qoyub mahnı oxuyurdum”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью