Xalq artisti: “ Mənim üçün “Nəsimi”, “Babək” indi öldü”

31.03.2026

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Fatma Mahmudova həmkarı  Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri xalq artisti  Rasim Balayevin ölmü ilə bağlı

Adalet.az-a açıqlamasında onun ölmü ilə barışmadığını söyləyib:

“ Xalq olaraq hər kəs Azərbaycan kinosundan bir dahi itirdi, amma mən həm də bir həmkar və bir doğma insan itirdim.  Mənim üçün “Nəsimi”, “Babək”, “Beyrək” indi öldü.  Rasim Balayevin ölmünü heç cür qəbul edə bilmirəm.  Elə bilirəm bu hadisə yuxudur. Onun ölmü ilə kinomuzun böyük bir hissəsi getdi. Heyf, çox  heyf Rasim Balayevdən”.

Qeyd edək ki, xalq artisti Rasim Balayev 29 mart 2026-cı ildə İstanbulda müalicə aldığı xəstəxanada vəfat  edib. O, martın 30-da Azərbaycan Dövlət Akademik  Dram Teatrında keçirilən vida mərasimindən sonra  Birinci Fəxri Xiyabanda dəfn olunub.

Əntiqə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью