Xalq artisti nazirliyə çağırıldı

08.04.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, "Report"un əldə etdiyi məlumata əsasən, buna səbəb son günlər Opera və Balet Teatrının bəzi əməkdaşlarının rəhbərliklə bağlı narazılıqlarıdır.

Yusif Eyvazovla nazirlikdə bu məsələlər ətrafında müzakirə aparılıb.

Xatırladaq ki, bir neçə gündür, Akademik Opera və Balet Teatrında sənət adamları ilə teatr rəhbərliyi arasında qarşıdurma xarakterli müzakirələr gedir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью