Xalq artisti Ofeliya Sənani palataya köçürülüb AzPolitika onlayn siyasiictimai qəzet

21.12.2024

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Xətai Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onun müalicəsi terapiya şöbəsində davam etdirilir:

"Hazırda vəziyyəti qənaətbəxşdir".

"Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilmişdi", - deyə məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью