Xalq artisti ondan 55 min manat tələb edir

01.12.2024

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun vaxtilə komandasında olan nağaraçı, “Amarok” zərb alətləri qrupunun rəhbəri Ramil Cahangirova qarşı məhkəmədə qaldırdığı iddia ilə bağlı yekun məhkəmə iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist Raminə Eyvazqızı sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, yekun iclas sabah Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək.

Xalq artisti bir ildir ki, məhkəmələrdə R.Cahangirovun onun patentləşdirdiyi qavaldaş maketini mənimsədiyini və ona uyğun özünə alət düzəltdiyini iddia edir. Bir neçə dəfə ekspertiza aparılsa da, konkret rəy və qərar verilməyib.

N. Şirinov qarşı tərəfə 55 min manatlıq təzminat iddiası qaldırıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью